Elza Seyidcahan deputat olmaq arzusunu rəsmən bəyan etdibackend

Elza Seyidcahan deputat olmaq arzusunu rəsmən bəyan etdi

KONKRET.az xəbər verir ki, müğənni yenə fərqli görünüşü ilə diqqət çəkib. Seyidcahan bildirib ki, fotosessiya zamanı canlı şam ağacından istifadə edib.

Elza Yeni il gecəsi heç bir restoranda çıxış etməyəcəyini söyləyib. Müğənni bayramı oğlu Ələkbərin yeni dünyaya gələn övladı Akiflə birlikdə keçirəcəyini vurğulayıb.

“Arzu edirəm ki, 2020-ci ildə millət vəkili seçilim. Öz seçicilərimi məyus etməyəcəm”, – deyən Seyidcahan bayram diləklərini dilə gətirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*