Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib.
Sənətkar 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb.