Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.
Qeyd edilib ki o, 103 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 1979-cu ildə Azərbaycan SSR Əməkdar artisti adına layiq görülən Züleyxa Hacıyeva Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb.
O, 1941-ci ildə SSRİ idman ustası, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub. 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub, bir çox verilişlərin (Səhər gimnastikası, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s.) aparıcısı kimi yadda qalıb.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
