Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndibackend

Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

KONKRET.az xəbər verir ki, dəyişikliklə Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqinin və saxlanılmasının, altsistemlərinin yaradılmasının, müvafiq sahədə informasiya təminatı və maairfləndirmə tədbirlərinin həyata keçirilməsinin, həmçinin Enerji Effektivliyi Fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi Fondun vəsaiti hesabına maliyyələşdiriləcək.

Bununla da qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan maliyyə Fondun vəsaiti hesabına təmin ediləcək.

Enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*