Ər-Riyad və Dəməşq bu məsələdə RAZILIĞA GƏLDİbackend

Ər-Riyad və Dəməşq bu məsələdə RAZILIĞA GƏLDİ

Ər-Riyad və Dəməşq suriyalı qaçqınların öz vətənlərinə qayıtması üçün şəraitin yaradılması barədə razılığa gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud və Suriyanın XİN başçısı Feysəl Mikdad arasında Ciddədə keçirilən danışıqların yekunları üzrə qəbul edilmiş birgə bəyanatda bildirilib.

“Tərəflər Suriyada mövcud olan humanitar problemlərin həlli, ölkənin bütün bölgələrinə yardımın çatdırılması, suriyalı qaçqın və köçkünlərin yaşadıqları ərazilərə qayıtması üçün lazımi şəraitin yaradılması barədə razılığa gəliblər”, – məlumatda deyilir.

Bundan əlavə, Səudiyyə Ərəbistanı və Suriya ölkələr arasında konsulluq xidmətlərinin və hava nəqliyyatının bərpasına çağırıb.

Qeyd edək ki, dünən Suriya xarici işlər naziri Feysəl Mikdad 12 il sonra ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib. Aprelin 14-də Suriyanın Ərəb Liqasına qaytarılması məsələləri müzakirə olunacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*