Əraqçi və Hakan Fidan telefon danışığı apardıbackend

Əraqçi və Hakan Fidan telefon danışığı apardı

Türkiyə və İran xarici işlər nazirləri Hakan Fidan ilə Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, nazirlər söhbət zamanı İran və ABŞ arasında davam edən sülh danışıqlarındakı son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığının detalları açıqlanmayıb.

Qeyd edək ki, İranın müharibəni dayandırmaq üçün ABŞ tərəfindən təklif edilən son mətnə cavabı bu gün pakistanlı vasitəçiyə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*