Ərdoğan Brüsselə yola düşdübackend

Ərdoğan Brüsselə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Brüsselə yola düşüb.

KONKRET.az xəbər verir ki, səfərdə Türkiyə liderinin həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun, prezidentin mətbuat katibi İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik, AKP millət vəkili və NATO PA-dakı Türkiyə nümayəndə heyətinin rəhbəri Osman Aşkin Bak müşayiət edirlər.

Qeyd edək ki, NATO sammitindən sonra Ərdoğan Azərbaycana rəsmi səfərə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*