Ərdoğan Consonla müzakirə APARDIbackend

Ərdoğan Consonla müzakirə APARDI

Prezident Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-Birləşmiş Krallıq əlaqələri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Boris Conson ilə vəzifədə olduğu müddətdə yaxın dialoq qurduqlarını və iki ölkə arasındakı münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf etdirdiklərini bildirib.

Ərdoğan strateji tərəfdaş və yaxın müttəfiq olan Böyük Britaniya ilə əlaqələrin eyni sağlam düşüncə və uzaqgörənliklə qarşıdakı dövrdə bütün sahələrdə dərinləşib inkişaf edəcəyinə inandığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*