Camaat namazı üçün məscidə gedən Ərdoğan insanların sevgisi ilə qarşılaşıb.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan günorta saatlarında Üsküdar Kısıklı iqamətgahından Çamlıca məscidinə gedib.
Cümə namazında Ərdoğanla birlikdə İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu, İstanbul valisi Əli Yerlikaya və İstanbul Təhlükəsizlik Xidmətinin sədri Mustafa Çalışkan da namaz qılıb.
Lakin Ərdoğanla İmamoğlu namazı yan-yana duraraq qılıblar.
KONKRET.AZ sözügedən görüntüləri təqdim edir:




Hazırladı: Firuzə ALİMOVA