backend

Ərdoğan: "Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir"

“Ermənistan götürdüyü öhdəliklərə uyğun hərəkət etməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandakı sammitdən sonra jurnalistlərin sualları cavablandırarkən deyib.

Türkiyə lideri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəlki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir.

“Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir”, – Ərdoğan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*