Türkiyənin İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı mövqeyi Ankaranın tələbləri yerinə yetirilmədən dəyişməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qurultayında bildirib. Ərdoğan çərşənbə axşamı bildirib ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması məsələsində öz mövqeyini dəyişmək niyyətində deyil.
“Gözləntilərimiz doğrulanmayana qədər biz NATO-nun genişlənməsi ilə bağlı mövqeyimizi dəyişməyəcəyik”, – deyə Ərdoğan bildirib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, NATO-nun yeni strategiyası həm də Rusiyanın cilovlanmasına təsir edəcək. Bloomberg həmçinin bildirib ki, NATO-nun iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək alyansın yeni strateji konsepsiyasında Rusiyanın davranışı “qabaqcıl təhlükə” kimi təyin oluna bilər.
Daha bir məlumata görə, alyansda Türkiyə ilə bağlı üç mübahisə yaranıb. Birincisi, Türkiyə faktiki olaraq İsveç və Finlandiyanın alyansa qoşulmasına mane olub, Stokholm və Helsinkinin hələ yerinə yetirməyə hazır olmadığı şərtləri irəli sürüb. İkincisi, Qərbin narazılığına səbəb prezident Ərdoğanın Suriyanın şimalında kürd qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı olub.
Üçüncüsü, Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə əlaqələrini kəsdiyini açıqlayıb. Bunun fonunda Türkiyə Hərbi Hava Qüvvələri son aylar Yunanıstanın hava məkanını getdikcə daha çox pozur və bu səbəbdən Mitsotakis ABŞ Konqresindən Türkiyəyə silah satışını qadağan etməyi xahiş edib.
Xuraman Etibarlı,
KONKRET.az
