Ərdoğan: “Putin əsirlərdən birinin qaytarılmasını xüsusilə təkid etdi”backend

Ərdoğan: "Putin əsirlərdən birinin qaytarılmasını xüsusilə təkid etdi"

Rusiya-Ukrayna müharibəsində Türkiyə üçün prioritet “taxıl dəhlizi” və əsirlərin mübadiləsi məsələsi olub.

KONKRET.az-ın “Yenisafak”a istinadla məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq dəhlizlə 4 milyon tondan çox taxıl daşınıb.

“Təbii ki, indi bizim mühüm addımlarımızdan biri Rusiyadan taxıldır. Ən vacib məsələ gübrələrin daşınmasıdır. Biz buna başlayan kimi onları yoxsul ölkələrə göndərəcəyik”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, əsir mübadiləsində 200 adla bağlı qərar verilib.

“Bu 200 nəfər bizdədir. Onlar bizim qonaqlarımızdır, Putin onlardan birinin (Viktor Medvedçuk) adını xüsusilə təkid etdi. Biz artıq onu Rusiyaya göndərmişik”, – deyə Türkiyə Prezidenti bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*