Ərdoğan Putin və Zelenski ilə danışacaq.
KONKRET.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vlolodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır,
“Ukraynada davamlı atəşkəsə nail olmaq üçün səylərimizi davam etdiririk. Cənab prezident Ərdoğan liderlərlə telefon danışıqları planlaşdırır, mən də həmkarlarımla fəal danışıqlar aparıram”, – Çavuşoğlu bildirib.
Natiq Səlim,
KONKRET.az
