Ərdoğan sabah Nazirlər Kabinetini TOPLAYIR – Gündəmdə Ermənistan və Ukrayna varbackend

Ərdoğan sabah Nazirlər Kabinetini TOPLAYIR - Gündəmdə Ermənistan və Ukrayna var

Sabah Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, toplantının gündəliyi məlum olub.

İclasda Ermənistanla diplomatik əlaqələrin bərpasında son durum, Rusiya ilə Ukrayna arasındakı gərginlik, terrorla mübarizə və digər məsələlər müzakirə olunacaq.

Eyni zamanda, BƏƏ ilə münasibətlər, Rusiya Prezidenti Vladimir Putinin və İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə nəzərdə tutulan səfəri ilə bağlı da fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin sonuncu iclası iki həftə əvvəl keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*