Ərdoğan Şuşaya niyə gəldi? – Rus ekspertin iddiasıbackend

Ərdoğan Şuşaya niyə gəldi? – Rus ekspertin iddiası

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gəlməklə göstərdi ki, artıq Cənubi Qafqazda biz də varıq”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

Ekspert İkinci Qarabağ Müharibəsindən sonra Türkiyənin bölgədə mövqeyini gücləndirdiyini söyləyib:

“Əlbəttə, Türkiyə Qafqazdakı yeni rolunu möhkəmləndirməyə çalışır. Tez-tez dediyim kimi, Türkiyə bölgədə yeni oyunçu deyil, ancaq regiondakı varlığının keyfiyyəti yenidir, əvvəllər bu yox idi. Ankara var gücü ilə Qafqazda olduğunu göstərməyə çalışır.

Şuşa da Qarabağdır. Ərdoğan bura gəlməklə, Türkiyənin Azərbaycanla qardaşlığı və müttəfiqliyini nümayişi etdirdi, bu, yeni varlığın keyfiyyətinin təzahürüdür. Bu, “Biz burada – Qafqazdayıq” deməkdir. Türkiyə Yaxın Şərqdə olduğu kimi, indi də Qafqazda vacib oyunçudur”. /Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*