İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, çərşənbə günü İsveçin dövlət telekanalı SVT-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən satirik televiziya proqram yayımlanıb. Bununla əlaqədar İsveçin Ankaradakı səfiri Staffan Hörrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Söhbət zamanı səfirə hadisə ilə bağlı kəskin etiraz bildirilib.
Diplomat Skandinaviya ölkəsinin dövlət televiziyasının efirində prezident Ərdoğana və bütövlükdə Türkiyəyə qarşı yersiz və təhqiredici ifadə və kadrların yolverilməzliyi barədə məlumatlandırılıb.
Ankara bu cür hərəkətlərin söz və mətbuat azadlığı ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az