Ərdoğan: “Türkiyə Krımın ilhaqını tanımır” – VİDEObackend

Ərdoğan: "Türkiyə Krımın ilhaqını tanımır" - VİDEO

“Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bu addımın qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir”.

KONKRET.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin zirvəsinə ünvanlanmış videomesajında deyib.

O qeyd edib ki, bu, təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir.

“Ukraynanın ayrılmaz hissəsi olan Krımın ona geri qaytarılması beynəlxalq hüququn tələbidir. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün vacibdir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*