Ərdoğan xəbərdarlıq etdi, Makron isə… – Parisdə Liviya konfransıbackend

Ərdoğan xəbərdarlıq etdi, Makron isə... - Parisdə Liviya konfransı

Cənubi Kipr Respublikasının lideri Nikos Anastasiadis noyabrın 12-də Parisdə keçiriləcək Liviya konfransında iştirak etmək üçün Fansa hökumətindən rəsmi dəvət aldığını bildirib.

KONKRET.az xəbər verir ki, G-20-nin Roma toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında Liviya konfransı barədə müzakirə aparılmışdı.

Prezident Ərdoğan jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, Makron ona Parisdə Liviya konfransı keçiriləcəyini, Türkiyənin də bu tədbirdə iştirakını istəyib.

Amma Türkiyə lideri Yunanıstan, İsrail və Cənubi Kipr Respublikasının iştirak etdiyi toplantıya Türkiyənin qatılmayacağını ifadə edib.

Bununla da Liviyadakı proseslərdən kənarda qalan və prosesə qatılmaq istəyən ölkələr yenidən Liviya konfransı keçirməyə cəhd edirlər. Habuki bundan əvvəl Liviyaya dair Berlin Konfransı keçirilib./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*