Ərdoğan yeni planını açıqladı: Moskva və Kiyev arasında sülh əldə etmək üçün…backend

Ərdoğan yeni planını açıqladı: Moskva və Kiyev arasında sülh əldə etmək üçün...

Türkiyə Rusiya ilə Ukrayna arasında uzunmüddətli sülhün əldə olunması istiqamətində səylərini davam etdirir və sülh danışıqlarının yenidən başlaması üçün çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Merzlə telefon danışığı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Ankara Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla həllinə xüsusi önəm verir.

Xatırladaq ki, Ərdoğan bundan əvvəl, aprel ayında da Türkiyənin Ukrayna ilə bağlı danışıqlar prosesini fəallaşdıracağını bəyan etmişdi. Onun sözlərinə görə, Ankara davamlı sülhün əldə olunması məqsədilə tərəflərlə təmasları intensivləşdirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*