Ərdoğan Zelenskinin tez-tez aldadılması ilə bağlı narahatlığından danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisada üzüm bağlarına səfəri zamanı bildirib.
Ərdoğanın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ətrafındakı insanların onu tez-tez aldatmasından çox narahatdır.
Bundan əvvəl Ukrayna Prezidenti qeyd edib ki, Rusiya xüsusi əməliyyatı başlayandan sonra bəzi deputatlar və hüquq-mühafizə orqanlarının əməkdaşları ölkəyə xəyanət ediblər.
Belə ki, fermerlərdən birinin Zelenskinin vəziyyəti ilə bağlı sualına Ərdoğan belə cavab verib: “O, çox narahatdır. Ətrafında onu çox aldadanlar var”.
Xuraman Etibarlı,
KONKRET.az
