Ankarada 5-ci Anadolu Mükafatlandırma Mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, amerikalı həmkarı Donald Trampın “Əsrin Razılaşması” sülh planını işğal layihəsi adlandırıb.
“Bu bir işğal layihəsidir. Mən xəritəni BMT Baş Məclisində göstərdim. 1948-ci ildə Fələstin nə idi? İsrail nə idi? Utanmadan Fələstinə yeni hüquqlar veririk deyirlər. Qüds bizim qırmızı xəttimizdir”.
Dövlət başçısı qeyd edib ki, əksər insanlar hələdə Rəsmi Ankaranın Suriyada və Liviyada nə etdiyini anlamır:
“Qarşımızda yalan səhv məlumatlarla Türkiyəni və Türk Millətini qaralamaq üçün əlindən gələni edən nəhəng bir mexanizm var. Qərb ölkələri başda olmaqla dünyanın bir çox yerində Türkiyə əleyhinə ictimai rəy yaratmaq niyyətləri var.
Bir erməni lobbisi, bir yunan lobbisi var. DAESH var, PKK var. Elə işlər görürlər ki, reallığın belə tərsinə çevrilməsi qarşısında çaşqınlığımızı gizlədə bilmirik. Terror təşkilatının günahsız vətəndaşlara hücumlarını görməzlikdən gələnlər, Türkiyənin qanuni müdafiəsinə dil uzadır” deyə Ərdoğan əlavə edib.
Donaldı Trampı bu məsələlərdə diqqətli olmağa səsləyən Türkiyə dövlət başçısı ona sən dünyanın qədərini dəyişə bilməzsən deyə səslənib:
“Fələstinin taleyini heç dəyişə bilməzsən. Qüds satılıq deyil. Kiməsə nəsə verək və Qüdsü bizə saxlasnlar. Fələstinə Türk Milləti olaraq baxışımız, Sultan Əbdülhəmit Xanın düşündüyü nə idisə bizimkidə odur”.
Hazırladı: Günel Museyib
