Ərdoğanla Bayden bu məsələlərdə razılığa gəlib – ŞOK ANLAŞMAbackend

Ərdoğanla Bayden bu məsələlərdə razılığa gəlib - ŞOK ANLAŞMA

Əldə edilən məlumata görə, Türkiyə və ABŞ liderləri Xəlifə Haftarın Liviyanın, Bəşər Əsədin isə Suriyanın gələcəyində yeri olmadığı məsələlərində razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bundan başqa, ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra Türkiyənin Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinə zəmanət verəcəyi və Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarına ev sahibliyi edəcəyi barədə razılığa gəlindiyi də bildirilib.

Eyni zamanda, Bayden və Ərdoğanın qarşıdakı dövrdə Türkiyə-ABŞ münasibətlərinin gücləndirilməsi, bütün məsələlərdə sıx təmasın saxlanılması və konstruktiv əməkdaşlıq üçün dialoq kanallarından səmərəli istifadə olunması barədə də anlaşdığı qeyd olunub./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*