Türkiyə “Barış bulağı” əməliyyatı ilə torpaq üzərində qazandığı uğuru masada da əldə edib.
Ötən gün ABŞ-ın vitse-prezidenti Mayk Pens və onun idarə etdiyi nümayəndə heyəti Ankaraya gəlib. ABŞ-ın münayəndə heyəti Ərdoğanın başçılığı ilə “Barış bulağı” əməliyyatını müzakirə edib.
Türkiyə masa ətrafında müzakirə edilən görüşdən istədiyini alaraq sağollaşıb. Belə ki, ABŞ həmin görüşdən sonra 120 saat ərzində YPG-nin geri çəkiləcəyinə zəmanət verib, həm də Türkiyəyə qarşı nəzərdə tutulan bütün sanksiyaların götürüləcəyini bildirib.
Görüşdən ortaya çıxan təfsilatlar Türkiyənin masa ətrafında uğurlu bir sazişə imza atdığını gözlər önünə sərib.
KONKRET.AZ xəbər verir ki, “Reuters”də dərc edilən məlumatda bildirilib ki, Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin başlatdığı əməliyyatın dayandırılması üçün ABŞ-dan dəqiq vaxt təyin etməsini istəyib. Mayk Pens isə YPG-lilərin geri çəkilməsi üçün dəqiq olmayan vaxt tələb edib. Bu, Türkiyə heyəti tərəfindən qəbul edilməyib.
ABŞ-ın vitse prezidenti təkbaşına bu qərarı qəbul edə bilməyəcəyini söyləyib və Vaşinqtonla danışdıqdan sonra 120 saat müəyyən edilib. Beləliklə, danışıqlarda Türkiyə istədiyi nəticəni almış olub.


Hazırladı: Firuzə ALİMOVA
