Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər AÇIQLANDIbackend

Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada keçirəcəyi görüşdə Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək.

KONKRET.az xəbər verir ki, bunu “Sabah” qəzeti yazıb.

Məlumata görə, görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.

Nəşr yazıb ki, R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*