Ergenekon davasının gizli şahidlərindən biri, Dr. Ümit Sayın Kadıköydəki evində ölü tapılıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, qonşuları onu xeyli vaxtdır ki, görmədiklərini söyləyiblər. Hazırda Ümitin ölüm səbəbi araşdırılır. Onun cənazəsi Ədliyənin Tibb Morquna aparılıb. Ergenekon davasında həbs olunan Ümit Sayının gizli şahid olduğu ortaya çıxıb.
KONKRET.az
