Ərinin xəyanətindən qəribə yuxu sayəsində xəbər tutdu – ƏTRAFLIbackend

Ərinin xəyanətindən qəribə yuxu sayəsində xəbər tutdu - ƏTRAFLI

Tailandda qadın ərinin xəyanətindən qəribə yuxu sayəsində xəbər tutub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı yerli “The Thaiger” nəşrinin jurnalistləri veriblər. Sunisə adlı qadının yuxuda ərinin başının kəsildiyi bildirilir. Bir müddət sonra əri ilə əlaqə saxlamağa çalışsa da, qadın bun nail ola bilməyib. Narahat olan yerli sakin ərinin işlədiyi şirkətə zəng edib. Həmkarları onun orada olmadığını cavablandırıblar.

Axtarışda olan Sunisə axşam ərinin maşınını otellərdən birinin qarşısında tapıb. Şübhələndiyindən otelə daxil olub və az keçməmiş ərinin məşuqəsini yaxalayıb. Doğrudur, o, ərini otaqda görməsə də, məşuqəsi çox təəccüblənib.

Onun dediyinə görə, sevgilisi yatdığı kişini evil olduğunu bilməyib. Sunisə isə ərinin ilk xəyanəti olmadığını fərq edib. O, bir dəfə həyat yoldaşını bağışlasa da, ikinci xəyanətə dözməyib. Hazırda o, boşanmaq üçün ərizə vermək qərarına gəlib və müəyyən məbləğdə təzminat tələb edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*