Erməni bloger Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini təsdiqlədi – VİDEObackend

Erməni bloger Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini təsdiqlədi - VİDEO

Erməni bloger İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, erməni fəal, bloger İşxan Verdyan Xankəndidə yaşamaq niyyətində olduğu üçün Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlıq verilməsi xahişi ilə müraciət edib. O, buna inanmayanlara sübut üçün təkrar video yayımlayıb və Azərbaycan Prezidentinə həqiqətən müraciət etdiyini təsdiqləyib.

Verdyanın əvvəlki müraciətinin mətnini təqdim edirik:

“Hörmətli xalqım, Ermənistan vətəndaşları! Mən həmişə demişəm ki, Qarabağ Azərbaycandır və bunu beynəlxalq hüquqla əsaslandırmışam. Ermənilərdən heç biri mənim bu fikrimi heç vaxt təkzib etməyib, mənimlə bu mövzuda mübahisəyə girməyib, mənim səhvimi hüquqi, hüquqi cəhətdən heç kim əsaslandıra bilməyib. Mən sadəcə düşündüm ki, Ermənistan sivilizasiyaya doğru getdiyi üçün artıq beynəlxalq hüquqa – qoşulacağı icmanın hüququna hörmət etməyə başlamalıdır.

Ancaq nə olursa olsun, mən xalqımla tamamilə dürüst olmaq istəyirəm. Mən həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalan ermənilər Azərbaycan vətəndaşlığını alıb Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməli olacaqlar. Və fikrimi dəyişmirəm. Bilmirəm, orada yaşamaq necə olacaq, amma onlara göstərmək istəyirəm ki, ermənilər kimi orada yaşamaq tamamilə təhlükəsizdir. Və hətta yaşamaq gözəldir.

Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm.

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verəsiniz”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*