backend

Erməni əsir: "Mənə Bakıda işgəncə vermədilər, normal yanaşdılar" - FOTO

İyunun 12-də Azərbaycan əsirliyindən vətəninə qayıdan erməni hərbçi Erik Xaçatryan necə əsir düşməsindən danışıb.

KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, Xaçatryan yoldaşları ilə birlikdə Hadrutda necə mühasirəyə alındığını izah edib:

“Hadrutda mühasirədə qaldıq, 43 gün evin damında gizləndik. Yuxarı qalxıb bizi gördülər və əsir götürdülər. Sonra Bakıya apardılar. Gündə üç dəfə yemək verirdilər. Həftədə bir dəfə yuyunurduq. Narahat etmirdilər. Hətta dostumla kitab da oxumağa icazə verirdilər”.

Xaçatryan ona ölkəsinə qayıdacağı barədə 12 iyunda məlumat verildiyini və onunla həbsxanada olan bütün ermənilərin Ermənistana qaytarıldığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*