Erməni iranşünasdan sərsəm bəyanat: “İran nəyin bahasına olursa olsun, “qondarma” dəhlizə qarşı çıxacaq”backend

Erməni iranşünasdan sərsəm bəyanat: “İran nəyin bahasına olursa olsun, “qondarma” dəhlizə qarşı çıxacaq"

“İran prezidenti İbrahim Rəisinin bəyanatı Ermənistan-İran sərhədinin bağlanması cəhdlərinin yolverilməzliyi və konkret olaraq Türkiyə və Azərbaycanın təklif etdiyi qondarma “dəhliz” ideyasını nəzərdə tutur”.

KONKRET.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu sözləri İran məsələləri üzrə erməni ekspert Emma Beqicanyan “Armenpress”ə müsahibəsində xatırladıb ki, Rəisinin açıqlaması açıq şəkildə Türkiyə və Azərbaycana yönəlib.

“Mən belə başa düşürəm ki, İran prezidenti sərhədlərin dəyişdirilməsini, yəni “dəhliz” ideyasını ölkəsinin qırmızı xətti hesab edir və iranlılar nəyin bahasına olursa olsun buna qarşı çıxırlar. Bu o deməkdir ki, İran hərbi müdaxiləni belə istisna etməyəcək. Laçın dəhlizi köçürülsə belə, təbii ki, bu, İran üçün əlverişsizdir, amma müdaxilə etməyib. Ancaq Ermənistana təzyiq edilərsə, müdaxilə edəcək”,- deyə o bildirib.

Ekspertin iddiasına görə, bundan başqa, Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru əlaqəsi yaratmaq istədiyi “qondarma” dəhliz indi Azərbaycan prezidenti Əliyevdən daha çox Türkiyə prezidenti Ərdoğana lazımdır.

Çünki 2023-cü ildə prezident və parlament seçkiləri keçiriləcək və Ərdoğan demək olar ki, indidən uduzub. Və bu dəhliz Ərdoğanın neo-osmançılıq və pantürkist vəsvəsəsinin türklərin millətçi hissləri ilə oynayaraq onlara “300 milyon türkü bu yolla bir araya gətirəcəklərini” vəd edərək səs qazana biləcəyi bir kartdır.

Sitat: “İranın Türkiyə və Azərbaycan ərazisindən də keçən yolu var, lakin bu, Tehran üçün etibarlı deyil və İranın Gürcüstan, Rusiya və Avropaya çıxış üçün alternativ yollara ehtiyacı var. Bu baxımdan Ermənistan “dost ölkə və etibarlı tərəfdaş” kimi İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*