Rusiyanın Anapa şəhərində Artak Mkrtçyan adlı erməni oğlan uşağını zorlamağa cəhd edib.
KONKRET.az rus portallarına istinadən xəbər verir ki, valideynlər hadisəni törədən şəxsin məsuliyyətdən qaça biləcəyindən qorxduqları üçün bu hadisəyə diqqət çəkməyə çalışırlar. Uşağın anası bildirib ki, “Eməni mənim 11 yaşlı oğlumun əlindən tutaraq zorla yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanan maşınına aparıb. Oğlumu intim əlaqə üçün şirnikləndirib və ona pul təklif edib. Oğlum möcüzəvi şəkildə maşının qapısını açaraq qaçmağa müvəffəq olub və qarşına çıxan ilk evə daxil olub və kömək istəyib. Biz valideynlər manyakı polis gəlməmişdən əvvəl saxlaya bilmişik”.
Polis artıq ermənini saxlayıb. Araşdırma aparılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
