Erməni politoloqları: “Rusiya Ermənistana qarşı münaqişə tərəfinə çevrildi”backend

Erməni politoloqları: “Rusiya Ermənistana qarşı münaqişə tərəfinə çevrildi”

Ermənistanda seçkiqabağı rusofobiya yenə aktuallaşıb. Xüsusisən də Rusiyanın Ermənistana tətbiq etdiyi demarkasiya təklifləri bu ölkədə ciddi narazılıqla qarşılanıb.

KONKRET.az sosial şəbəkələrin erməni seqmentində yayılan şərhləri analisz edərək bildirir ki, Ermənistan hakimiyyətinə müxalif olan qüvvələr israr edir ki, beynəlxalq qurumlar üçtərəfli razılaşmaları Qarabağ münaqişəsinin həlli kimi tanımırlar.

Ermənilərin teleqram kanallarında xüsusi olaraq vurğulanır ki, Moskva və Bakı üçtərəfli müddəaları pozdular. Bu baxımdan Zəngəzur və Geqarkunik yüksəkliklərinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi əslində bu danışıqların ləğvi sayıla bilər.

Siyasi şərhçilər və politoloqlar, o cümlədən blogerlər bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin Qarabağ probleminin Ermənistan sərhədlərinin pozulması ilə heç bir əlaqəsi olmadığını elan etməsi əbəs yerə deyil.

Şərhlərdə daha sonra yazılır: “Moskva üçtərəfli açıqlamaları xilas etməyə çalışır. Öz növbəsində, Ermənistanın KTMT və Rusiyaya müraciətlərini rədd edən Moskva mümkün olan bütün şanslarını itirdi: Rusiya Ermənistana qarşı münaqişənin tərəfinə çevrildi. Rusiya rəsmilərinin və köhnə “mübahisələri” olan piar adamlarının yeni burulğanının səbəbi budur.

Bütün bunlara cavab olaraq Ermənistan parlamenti Dağlıq Qarabağı respublika kimi tanımaq üçün mühüm prosedurlara başlamaldır. Bəlkə də bu, son şansdır və “seçkiqabağı yarış”dan əl çəkən iqtidar və müxalifət qrupları Ermənistanın suverenliyi ilə müvəqqəti yaşamaq arasında seçim edə bilərlər. Seçim belədir, məsuliyyət açıq və tamdır. Hələlik bu barədə yalnız iki-üç siyasi qüvvə danışır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*