Erməni polkovnik: “Paşinyan, gəl duelə çıxaq, ilk atəşi sən aç…”backend

Erməni polkovnik: “Paşinyan, gəl duelə çıxaq, ilk atəşi sən aç...”

Birinci Qarabağ müharibəsinin iştirakçısı, Ermənistanda qəhrəman kimi qəbul edilən “Sisakan” könüllü dəstəsinin komandiri, polkovnik Aşot Minasyan baş nazir Nikol Paşinyana ilk atəş açmaq hüququ verməklə onu duelə çağırıb.

KONKRET.az  xəbər verir ki, o bu çağırışla İrəvanda keçirdiyi mətbuat konfransı zamanı çıxış edib.

“Mənim belə bir xarakterim var. Hər kəslə duelə çıxa bilərəm. Əgər ali baş komandan mənimlə döyüşə bilərsə, mən onu duelə çağırıram. Ona vaxt və məkan, silah seçmək hüququ verirəm, həmçinin ilk atəş açmaq haqqı da onun olacaq”, – deyə Minasyan bildirib.

Aşot Minasyan Nikol Paşinyanın ona qarşı cinayət işi quraşdıra bilməyəcəyini urğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*