Erməni siyasətçi Azərbaycanı Yeni il münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, erməni nəşri “Alik Media”nın həmtəsisçisi və baş redaktoru Arsen Xaratyan “Facebook” səhifəsində Azərbaycanı Yeni il münasibətilə təbrik edib.
“Azərbaycan, Yeni iliniz mübarək. Əliyev və Putin məsələsini dərinləşdirən dostlarıma yazığım gəlir.
Bir gün sən də azərilər kimi azadlığın uğrunda mübarizə aparacaqsan”, – deyə Xaratyan qeyd edib.
Bundan sonra erməni seqmenti siyasətçinin üzərinə virtual “hücum”a keçib, onu xəyanətkar, satqın adlandırıblar.
Qeyd edək ki, Arsen Xaratyan tarixçi Qranuş Xaratyanın oğlu, həm də Paşinyanın keçmiş müşaviridir.

Xuraman Etibarlı,
KONKRET.az
