“Əgər bu gün türklər və kürdlər erməni cəsədlərini parçalayırlarsa, Rusiya isə erməni ağlını və ruhunu yandırır. Bu qədər tarixi sınaq və bəlalardan sonra həqiqətən Rusiyaya arxalana bilərsənmi?”
KONKRET.az sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir ki, bu sözləri publisist, şair, ilk erməni siyasi partiyası “Armenakan”ın qurucularından biri Mkrtıç Portuqalyan bildirib. Onun bu sözləri bu gün erməni sosial şəbəkələrində geniş miqyasda paylaşılır.
İstifadəçilər bildirirlər ki, bu gün tam olaraq Rusiyaya ümid etmək çox sadəlövhlükdür. Ermənilər iddia edirlər ki, ruslar ötən əsrdə Qarabağda bütün erməni məliklərini məhv ediblər.
Bu gün də milyonlarla erməni Rusiyanın pəncələrində boğulur:
“Ruslar həmişə bizdən müsəlmanlara qarşı istifadə edir, türklərə qarşı nifrət artırır, regiona gəlişlərini və problemlərini ermənilərin köməyi ilə həll olunmasına çalışırlar”.
Natiq Səlim,
KONKRET.az
