Erməni terrorçu Rusiyanı səfirliyi partladacaqları ilə hədələdi – FOTObackend

Erməni terrorçu Rusiyanı səfirliyi partladacaqları ilə hədələdi - FOTO

Ümumerməni “Sasna Çrer” Partiyasının üzvü Vahagn Avagyan bildirib ki, bu gün Şuşa yaxınlığında azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara ataraq rusiyalılar tərəfindən saxlanılan terrorçu Rusiya tərəfindən Azərbaycana təhvil verildiyi təqdirdə Rusiyaya qarşı hücumlar təşkil edəcəklər.

KONKRET.az  erməni kanallarına istinadən xəbər verir ki, V.Avagyana görə, “Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”.

Ümumiyyətlə, Ermənistanda terrorçuların nəinki sərbəst dolaşdığını, hətta az qala “milli qəhrəman” adına layiq görüldüyünü nəzərə alaraq Rusiya hökuməti “strateji müttəfiq”ləri tərəfindən gələn bu kimi siqnallara ciddi yanaşmalıdır.

Xatırladaq ki, “Sasna Tsrer” 2016-cı ildə İrəvanda girov götürməklə yadda qalan terror təşkilatıdır.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*