Erməni təxribatı ilə üzləşən xanım idmançımızdan AÇIQLAMAbackend

Erməni təxribatı ilə üzləşən xanım idmançımızdan AÇIQLAMA

Gürcüstanda keçirilən “Batumi Open” beynəlxalq karate turnirində erməni təxribatı ilə üzləşən Azərbaycan idmançısı Alika Semixova açıqlama verib.

KONKRET.az Baku TV-yə istinadən xəbər verir ki, idmançı hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Ermənistan idmançısının təxribatına əsl Azərbaycan xanımı kimi mədəniyyət nümayiş etdirib: “Ermənistan təmsilçisinə əsas vaxtda 2:0 hesabı ilə qalib gəldim. Erməni idmançının təxribatına baxmayaraq mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Biz qalib ölkə və qalib xalqıq. Fəxr edirəm ki, azərbaycanlıyam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*