Erməni vəhşiliyinin ən böyük SÜBUTU: Quba Soyqırım Memorial Kompleksi – VİDEObackend

Erməni vəhşiliyinin ən böyük SÜBUTU: Quba Soyqırım Memorial Kompleksi - VİDEO

Azərbaycan xalqı dəfələrlə soyqırıma məruz qalıb. Bu faciələr arasında ən dəhşətlisi isə 1918-ci  ildə törədilən mart soyqırımıdır.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, 1918-ci ilin mart ayından başlayaraq erməni əsgərlərindən ibarət olan və erməni zabitlərinin rəhbərlik etdiyi qoşunlar müsəlman əhalisinə qarşı kütləvi qırğınlar həyata keçiriblər. Mənfur düşmənlərimiz tərəfindən törədilən bu qətliamların acı izlərinə isə bu gün də bir çox bölgələrimizdə rast gəlinir. Quba Soyqırım Memorial Kompleksi erməni vəhşiliyini dünyaya çatdıran ən böyük tarixi nümunə kimi qorunmaqdadır.

Mart qırğınlarının rəhbərləri və icraçıları arasında Şaumuyan, Hamazasp, Korqanov, Andranin, Lalayan, Mikoyan və digər erməni cəlladları yer alıb. Quba Soyqırım Memorial Kompleksində məhz onların həyata keçirdiyi soyqırım siyasətinin mahiyyəti haqqında məlumat verilib.

Azərbaycana “Böyük Ermənistan” dövləti yaratmaq üçün potensial ərazi kimi baxan və eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdən ermənilər, buna görə bütün vasitələrə əl atıblar. Bu planı reallaşdırmağa çalışan Bakı Sovetinin rəhbəri Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən” Daşnaksytün” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edib. Ona verilən səlahiyyətlərdən sui-istifadə edərək, Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirib.

Mart soyqırımını dünyaya nümayiş etdirən Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində, Qudyalçayın sol sahilində inşa edilib.

Yaşanan faciələr bir daha sübut edir ki, Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün, xalqımızın qorxusuz, təhlükəsiz yaşamasının təminatçısı məhz güclü Azərbaycan  ordusu olmalıdır. Tarixdən alınan bu dərsi isə gələcək nəsillərə ibrət olaraq ötürmək hər birimizin mənəvi borcudur.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*