Erməni vətəndaşlıq üçün Prezident İlham Əliyevə müraciət edib.
KONKRET.az xəbər verir ki, erməni bloger İşxan Verdiyandan sonra Vaqe Qambaryan adlı erməni də video-müraciət yayıb.
“Axşamınız xeyir, çox hörmətli cənab İlham Əliyev. Mən Ermənistan vətəndaşıyam. Ermənistan vətəndaşlığından imtina etmək istəyirəm. Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı verəsiniz ki, mən Bakıya səfər edim, qohumlarımı və sevdiyim insanları görə bilim. Mən gələcəkdə Xankəndidə yaşamaq istəyirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”, – deyə Qambaryan müraciətini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
