“Ermənistan əhalisi arasında bizim torpaqlara hələ də iddialı olan şəxslər var”.
KONKRET.az xəbər verir ki, bunu Media və Yayım Şurasının təşkilatçılığı ilə, “Qafqaz Albaniyasının irsinə tarixi baxış” adlı seminarda çıxış edən Tarix elmləri doktoru Həsən Həsənov deyib.
O bildirib ki, Albaniyada çoxlu tanrıçılıq məbədləri olub:
“Ermənilər bu məbədləri də özəlləşdirməyə çalışıb. Alban məbədləri “Türkmənçay” müqaviləsindən sonra sərəncamla ermənilərə verilib. Onlar da bundan istifadə edərək həmin məbədlərin görüntülərini dəyişiblər”, – deyə tarixçi alim vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
