“İran ermənilərin Azərbaycan qanunları ilə yaşamasını istəyir”.
KONKRET.az xəbər verir ki, bu barədə İslam RespublikasınınAzərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkədə verdiyi açıqlamada deyib.
Diplomat bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünün bərpasını və Qarabağın Azərbaycanın suverenliyinə qaytarılmasını alqışlayır.
Səfir deyib ki, “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna kəsb edir”.