Ermənilər bayram edir – İranın qərarı bu ölkədə sevinclə qarşılanıb – FOTObackend

Ermənilər bayram edir – İranın qərarı bu ölkədə sevinclə qarşılanıb - FOTO

İran Fars körfəzindən çəkilən yeni enerji dəhlizi üçün Naxçıvan ərazisindən istifadə etməyəcək. Boru kəməri Ermənistan Respublikasının ərazisindən keçəcək. Bu layihə ilə bağlı danışıqlar tezliklə Bolqarıstanda davam etdiriləcək.

KONKRET.az xəbər verir ki, enerji dəhlizinin bir hissəsi olan ölkələr – İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan müvafiq saziş imzalayacaqlar.

Qrant Melik-Şahnazaryan özünün Facebook səhifəsində yazır ki, İran tərəfi Süniki (Qərbi Zəngəzur) təkcə sözdə deyil, əməldə də strateji əhəmiyyətə malik bölgə kimi tanıyır. Yaxın vaxtlarda Qafanda İran konsulluğu da açılacaq.

“Bu, əlbəttə ki, yaxşı xəbərdir. Ermənistan, nəhayət, kommunikasiya blokadasını qıracaq və Türkiyənin Artsaxdakı (Qarabağda) mövcudluğu İranın Sünikdə olması ilə müəyyən mənada kompensasiya olunacaq. Lakin bu geosiyasi, geoiqtisadi yenidənqurmalarda bizim üçün ciddi problemlər də var. Xüsusən də Ermənistanın onun üçün həyati əhəmiyyət kəsb edən məsələlərlə bağlı qərar qəbul etmə ehtimalı demək olar ki, sıfıra bərabərdir.

Ancaq bu yeganə problem deyil. O da mümkündür ki, bölgədə qüvvələrin bu yerdəyişməsi prosesində Ermənistan boş qalsın. Daha doğrusu, bizə yalnız qırıntılar təklif olunur. Bu arada biz heç olmasa, Hadrut və Şuşa məsələsini qaldıra bilərik. Bəli, başa düşürəm ki, Ermənistan müharibədə uduzan tərəfdir, amma bunun səbəblərini də başa düşürəm və bilirəm. Yeri gəlmişkən, Moskvada, Bakıda, Tehranda və bütün digər paytaxtlarda bunu bilirlər. Ona görə də Hadrut və Şuşa, yaxşı olarsa, gələcəkdə Kəlbəcər problemləri hələ də aktualdır. Təbii ki, bu xain hakimiyyət onları qaz tranziti və digər bu kimi proqramlardan gözlənilən dividentlər müqabilində satmasa.

Natiq Səlim,

KONKRET.az

  • Garachanta
    Fevral 7, 2022 - 12:07

    farsa qardadeyənlər…alın xəbəri …soxun g..zə…təzəlikdə fars şofinistlər Qarabağa getmişdilər…gözdən pərdə asmaq üçün….bilin və agah olun nə rus gavuru nə də fars gavuru TÜRKƏ qardaş və ya dost ola bilməzlər…layiq deyillər və onlar bunu istəsələr belə bilin ki planlarının arxasında XƏYANƏT var

  • Garachanta
    Fevral 7, 2022 - 12:14

    qüdrət rusiyanı tərifləyir …mehman rusları düşmən kimi görməməyə çağırır….mollalar xomeynini sevməyə şağırır …sanki millətimiz nə iranın nə də rusiyanın MİLLƏTİMİZƏ vurduğu zərbələri görməyib….bu kimi “siyasətçilər” hələ milləti təhqir edərək millətimizi dar düşüncəli adlandırırlar….siz kimsiniz axı …gedin kimi sevirsinizsə onun yanında şaqallar statusunda oturun və imkan varsa mediada da görünməyin
    İmza: Boz Qurd

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*