KONKRET.az xəbər verir ki, İrəvan meri Hayk Marutyan Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalla görüşündə Hindistanın milli qəhrəmanı Mahatma Qandinin abidəsinin ucaldılması ilə bağlı məsələləri müzakirə edib.
Görüşdə Hayk Marutyan həmçinin İrəvanla Hindistan şəhərləri arasında əlaqələrin dərinləşməsinə və genişlənməsinə töhfə verməyə hazır olduğunu bildirib. Bələdiyyə sədri şəhərlərarası qarşılıqlı səfərlərin və mübadilə proqramlarının əhəmiyyətini də vurğulayıb.
Öz növbəsində, səfir Ermənistan-Hindistan münasibətlərinin zəngin tarixini vurğulayaraq, konkret sahələrdə, xüsusilə ermənilərin ən çox məskunlaşdığı və erməni irsinə sahib olan Hindistan şəhərlərində münasibətlərin dərinləşdirilməsini təklif edib.
