Ermənilər Qarabağdan belə qaçır: Xankəndidən SON GÖRÜNTÜbackend

Ermənilər Qarabağdan belə qaçır: Xankəndidən SON GÖRÜNTÜ

Ermənistan tərəfi Qarabağda hərbi “uğurlar”dan danışdığı vaxt ermənilər qondarma Dağlıq Qarabağ Respublikasının inzibati mərkəzi olan Xankəndindən qaçırlar. 

KONKRET.az xəbər verir ki, “Associated Press” agentliyi bu faktı təsdiq edən fotolar yayıb. Fotolardan aydın şəkildə görünür ki, Xankəndində yaşayan ermənilərin bir çoxu şəxsi avtomobillərlə şəhəri tərk edir. Avtobuslarla təxliyyə edilənlər də var. Hətta çobanların öz sürülərini belə, Xankəndindən çıxardığını əks etdirən fotolar var.

Agentlik həmçinin məlumat yayıb ki, döyüşlər Xankəndinin yaxınlığında gedir. “Partlayşlar Xankəndində eşidilir”, – agentlik qeyd edir.

Bu arada BBC-nin Rusiya xidmətinin əməkdaşları Laçında olublar. Onların hazırladığı materialda Azərbaycan Ordusunun Laçın yaxınlığında olduğu qeyd edilir. Laçında yaşayan ermənilər də faktı təsdiqləyiblər.

Materialda həmçinin Rusiya ordusunun Ermənistan sərhədlərini qoruduğunu əks etdirən foto yerləşdirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin sərhədlərini Rusiya ordusunun qoruduğunu etiraf etmişdi. O bildirmişdi ki, bu, Qarabağ müharibəsilə əlaqədardır. Lakin sonradan İrəvan bu açıqlamanın arxasından qaçdı.

Paşinyanın Putinə məktubundan sonra bu fotonun ortaya çıxması maraq doğurur. Görünür, Kreml Ermənistan ictimaiyyətinə mesaj verir ki, müttəfiqlik sazişinə sadiqdir. Sadəcə Qarabağda gedən müharibəyə müdaxilə etmək fikri yoxdur. Çünki müharibə Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində gedir.

Yeri gəlmişkən, Paşinyan bu gün Azərbaycanın müstəqil şəkildə təhlükəsizlik problemlərini həll etmək iqtidarında olmadığını iddia edib. Qarabağda eskalasiya başlayandan dünya liderlərini telefon zənglərilə bezdirən, bununla kifayətlənməyib məktub yazan, öz sərhədlərini belə qorumaq imkanında olmayıb bu vəzifəni başqa bir dövlətə həvalə edən Ermənistanın liderinin bu cür danışması daxili auditoriyaya hesablanmış uğursuz cəhddir. Paşinyan erməni ictimaiyyətinə sübut etmək istəyir ki, Ermənistan Qarabağda Azərbaycanla deyil, maraqlı güclərlə savaşır. Amma reallıq budur ki, erməni hərbçilərini Qarabağdan qovan Azərbaycan əsgəridir və müharibə başlayandan Bakı heç bir dövlətdən yardım istəməyib.

Ermənilər Qarabağdan belə qaçır: Xankəndidən son görüntü
Ermənilər Qarabağdan belə qaçır: Xankəndidən son görüntü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*