Ermənilər Rusiyadan qaçaqmalçılıq yolu ilə 225 kq qızıl keçirməyə CƏHD ETDİLƏRbackend

Ermənilər Rusiyadan qaçaqmalçılıq yolu ilə 225 kq qızıl keçirməyə CƏHD ETDİLƏR

Ermənilər Rusiyadan qaçaqmalçılıq yolu ilə 200 kq-dan çox qızıl keçirməyə cəhd ediblər.

KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir. Xəbərdə deyilir ki, Rusiya və Ermənistan vətəndaşları olan 6 kuryer 45 qızıl külçəsini xaricə aparmaq istəyib.

Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti xəbər verir ki, Vnukovo gömrükçüləri təxminən 800 milyon rubl (23 milyon AZN) dəyərində 225 kq qızılı ixrac etmək cəhdini dayandırıblar.

“Üç nəfərdən ibarət birinci qrup baqajlarında və əl yüklərində külçələrlə İrəvana uçmalı idi. İstiqamət təsadüfən seçilməyib. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və sərnişinlər üçün gömrük nəzarəti həyata keçirilmir”, – deyə xidmətin açıqlamasında bildirilir.

FGX-nin məlumatına görə, ikinci qrup daşıyıcılar turist adı altında Dubaya gedirmiş. Hava limanının neytral zonasında cinayət ortaqları görüşüb, əl yüklərini dəyişdiriblər.

Təyyarəyə mindikdən sonra hadisəni törədən şəxslər həbs edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*