Ermənistanın Dağlıq Qarabağla bağlı daha bir təxribatı davam edir.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın bəzi qüvvələrinin təşəbbüsü ilə rus dili Dağlıq Qarabağda ikinci dövlət dili olacaq.
Artıq “Dil haqqında” qanuna dəyişiklik layihəsini qondarma parlamentdə müzakirə ediəcəyi ilə bağlı məlumatlar da cəmiyyətə ötürülüb.
Layihəni əsaslandıranlar qeyd edir ki, Qarabağ və Rusiya arasında mədəni, hərbi, iqtisadi əlaqələrin tarixi yaddaşı nəzərə alınmalıdır. Qarabağlı üçün ikinci ünsiyyət dilinin rus dili olduğu bu baxımdan diqqətdə saxlanılır
“Rus dilinin statusunun yüksəldilməsi bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq və görünən odur ki, gələcəkdə bu, Rusiya ilə münasibətlərin qanuni çərçivədə inkişafına kömək edəcək”, – erməni mediasında yayılan xəbərlərdə belə deyilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
