Ermənilər seçim qarşısında: Paşinyan xalqa tam “menyu” təklif etdibackend

Ermənilər seçim qarşısında: Paşinyan xalqa tam “menyu” təklif etdi 

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, hakimiyyət xarici əlaqələrlə bağlı tam “menyu” təqdim etməklə xalqa çox mühüm xidmət göstərib. Parlamentdə hökumət saatı zamanı baş nazir Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsinin qəbul edilməsinə münasibət bildirib.

KONKRET.az xəbərinə görə, Paşinyan hesab edir ki, Aİ-yə üzvlüklə bağlı müzakirələr ölkədə siyasi həyatı “daha mənalı” edəcək.

Bu prosesin hansı riskləri ehtiva etdiyi və qanunun Aİİ və Rusiya ilə münasibətləri pisləşdirə biləcəyi ilə bağlı suala Paşinyan belə cavab verib:

“Risklər, şübhəsiz ki, mövcuddur, lakin bir çox risklər daha idarəolunandır. Biz düzgün gözləntilər yaratmalıyıq ki, insanlar yanlış şeylər düşünməsinlər. Biz indi Aİ üzvlüyünə namizədik. Bu, insanlara seçim imkanı verən mühüm addımdır”.

Xatırladaq ki, Moskva dəfələrlə bəyan edib ki, Avrasiya İqtisadi İttifaqı və Aİ-yə eyni vaxtda üzv olmaq mümkün deyil. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva qanun layihəsinin müzakirəsini İrəvanın “Titanik”ə bilet almaq qərarı sayır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*