Ermənilər suriyalıların törəmələridir, yaxud da əksinə…backend

Ermənilər suriyalıların törəmələridir, yaxud da əksinə...

“Ermənistanın rusofob olması ilə bağlı mübahisədə bizə həqiqət üzə çıxıb: Ermənilər suriyalıların törəmələridir, ya da suriyalılar ermənilərin törəmələridir”.

KONKRET.az erməni bloger Mika Badalyanın bu iki xalq barədə yazdığı oxşar və yaxın çəhətləri təqdim edir.

“Ağzından köpük çıxan hər iki xalq onlardan hansının qədim və sivilizasiyanın beşiyi olduğunun mübahisəsini edir. Biri Nuhun gəmisinin bir parçası və İsa  Məsihi yaralamış nizənin onlarda olduğunu, digəri isə Vəftizçi Yəhyanın başının və Qabilin Habili öldürdüyü mağaranın onlarda olduğunu dünyanın gözünə soxur. Hər iki xalq şayiələrə çox acgözdür, yaltaqlığı sevir və tənqidi xoşlamırlar. Onların ağızlarından “əsas bildirməkdir” prinsipi ilə qalib hesabatlar eşidilir. Hər iki xalq çox qonaqpərvərdir, ruslarla yaxşı münasibətdədir, xüsusən də ruslar qara, çirkli işlər görürsə.

Təbii ki, bu hər şeyi əhatə edən qayda deyil. Bu çıxışımızla incitmək istəmədiyimiz Ararat və Qolanın bütün qürurlu oğullarından əvvəlcədən üzr istəyirik.

Mayın 9-da şanlı Hələb şəhərində keçirilən bayram şənliyində yerli bələdiyyə sədrlərindən biri qədəh qaldıraraq deyib: “Mən rus və Suriya xalqları arasındakı böyük dostluğun şərəfinə içirəm. Yadımdadır, 1982-ci ildə Sovet tankları Tartus limanındakı BDG-yə gəldi və oradan sovet ekipajları ilə birbaşa Qolanda sionist düşmənlə müharibəyə getdilər. Mən bu badəni o şərəfə içmək istəyirəm ki, Rusiya bizim bugünkü terrorizmlə müharibəmizdə də SSRİ-nin o vaxt etdiyi kimi eynisini etsin!”

İştirak edən rusların eşitdikləri həyasızlıqdan dilləri tutuldu desək, bu az olar.

Nə yaxşı ki, ermənilərdən belə çıxışlar eşitməmişik. Digər tərəfdən, Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası daha 4 il davam edəcək, daha bir torpaq parçası əlimizdən alınacaq və şübhəsiz ki, ermənilərin arasında elə məmurlar olacaq ki, təəssüflə qollarını quçaqlayıb deyəcək: “Nə edək, biz də beləyik, ən yaxşılarımız döyüşdə öldü”.

İndi Ermənistanda rusofob əhval-ruhiyyə ya indiki hakimiyyət, ya da onların sponsorları tərəfindən qızışdırılır. Rus sülhməramlılarının hərəkətsizliyi və məsuliyyətsizliyi isə alova odun atmaqdır. Və burada da Ermənistan Suriyaya bənzəyir. Əvvəlcə terrorizm qalib gəldi, sonra yerli iqtisadiyyat başlı-başına buraxıldı və İdlib məsələsi də indiyədək həll olunmamış qalıb”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*