Bu gün Şerlok Holmsın pərəstişkarları üçün böyük bir bayramdır. Çünki onların kumiri 166 il əvvəl 1854-cü ilin bu günündə “anadan olub”.
Maraqlıdır ki, ermənilər öz aləmlərində Konan Doylun Şerlok Holms obrazında “erməni izi” tapıblar.
KONKRET.az xəbər verir ki, ermənilərə görə, dünyanın tanınmış detektivlərindən olan Şerlok Holm Muzeyi Baker küçəsi 221b-də erməni Qreys Aydinyants tərəfindən yaradılıb. Guya Aydinyats 1990-cı ildə bu binanı şəxsi evini sataraq alıb. Qeyd edək ki, Aydinyants 2015-ci ildə 88 yaşında vəfat edib.

Ermənilərin digər iddiasına görə, Holms haqqında ilk əsər 1887-ci ildə yaransa da, bundan 18 il sonra Aleksandropolda böyük detektiv haqqında “Sarı üz” hekayəsi erməni dilində yayımlanıb. Ermənilər fəxrlə iddia edirlər ki, məhz 2015-ci ildə Şerlok haqqında əsərlər birbaşa ingilis dilindən erməni dilinə tərcümə edilib.

Sırtıq erməni ideoloqları bildirirlər ki, 1911-ci ildə, Konan Doyl hələ sağ ikən erməni Yervand Otyan “Abdul Hamid və Şerlok Holms” romanını yazıb.
Qeyd edək ki, bu gün Holms uydurma şəxs olsa da, İngiltərə tərəfindən memarlıq və tarixi əhəmiyyətə malik tikililər siyahısına daxil edilib.
