Ermənilərin yeni QORXUSU – Azərbaycan KTMT-də müşahidəçi olacaqmı?backend

Ermənilərin yeni QORXUSU - Azərbaycan KTMT-də müşahidəçi olacaqmı?

Azərbaycan KTMT-də müşahidəçi olacaqmı? Bunun qarşısını almaq üçün Ermənistan yenə baş sındırır.

KONKRET.az-ın məlumatına görə, bu gün İcraiyyə Komitəsi sədrinin birinci müavini, MDB-nin icraçı katibi Leonid Anfimov bildirib ki, MDB KTMT-də müşahidəçi statusu almaq məsələsinə baxır.

“MDB-yə beynəlxalq təşkilat kimi KTMT-də müşahidəçi statusunun verilməsi məsələsinə Daimi Nümayəndələr Şurasının qapalı iclasında baxılacaq”, -deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan həm də MDB-nin üzvüdür. Təşkilat KTMT-də müşahidəçi statusu alarsa, bu, Azərbaycana da şamil olunacaq.

Məlumat yayılan dəqiqədən ermənilərin təşvişi artıb. Onlar bunu “qeyri-mümkün və siyasi axmaqlıq” adlandıraraq, qarşısını almaq üçün “qabaqlayıcı tədbirlər” görməyi planlaşdırırlar.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*