Qazaxıstanın Nur-Sultan şəhərində erməni tərəfindən qətlə yetirilən həmyerlimiz Etibar Ümidvar oğlu Teymurovun nəşi bu gün Azərbaycana gətirilir.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, o, doğulduğu Masallı rayonunda dəfn ediləcək. Artıq bununla bağlı bütün sənələşdirmə işləri tam başa çatdırılıb.
Xatırladaq ki, Azərbaycan diasporunun Qazaxıstanda tanınmış üzvlərindən biri olan Haşım Ağayevin bacısı oğlu “İris” kafesinin qarşısında erməni Petros tərəfindən gözlənilmədən bıçaqlanıb. O, əmisi oğlu Turala, qazax və kürd milliyyətindən olan dostuna yardım etmək istəyirmiş. Mərhumun dayısı Haşım Ağayev ermənini şiddətlə döysə də, hadisə yerində olan polislər onu sakitləşdirə biliblər.
Qətllə bağlı cinayət işi açılıb. Petros hazırda həbs edilib. Millətlərarası münaqişənin yaranmaması üçün şəhərin hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçirir.
İlkin məlumatlara görə, ermənilərlə azərbaycanlılar arasındakı qarşıdurmada xəsarət alan Etibarın əmisi oğlu Turalın və digər şəxslərin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, qətlə yetirilən Etibar Ümidvar oğlu Teymurov Qazaxıstan vətəndaşıdır.
Hadisə Azərbaycanın Qazaxıstandakı səfirliyinin diqqət mərkəzindədir
